Özünə narkotik vasitələr hazırlayanların cəzalandırılması ilə bağlı layihə TƏSDİQLƏNDİbackend

Özünə narkotik vasitələr hazırlayanların cəzalandırılması ilə bağlı layihə TƏSDİQLƏNDİ

Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib.

KONKRET.az-ın məlumatına görə, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*