Özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlandıbackend

Özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlandı

Bakının Yasamal rayonunda özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bildirilib ki, digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib.

Xatırladaq ki, Yasamal rayonunda Sosial evlər 2 bina 28 ünvanında 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları – 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində 1 yaşlı Sara Abbasova ölüb. Ana və onun iki yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*