Pakistanda kamikadze hərbi maşın karvanını partlatdı – Ölənlər varbackend

Pakistanda kamikadze hərbi maşın karvanını partlatdı - Ölənlər var

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına hücum nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.

Bu barədə KONKRET.az “Anadolu”ya istinadən xəbər verir.

Pakistan ordusunun məlumatına görə, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Miranşahda “Təhrik-e Taliban Pakistan” (TTP) terror təşkilatı fəal şəkildə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*