Pakistanlı TikToker izləyici sayını artırmaq üçün meşə yandırdı – Videobackend

Pakistanlı TikToker izləyici sayını artırmaq üçün meşə yandırdı - Video

Pakistanda “TikTok” fenomeni izləyicilərinin sayını artırmaq üçün meşəni yandırıb.

KONKRET.az xəbər verir ki, “DollyOfficiall” adlı hesabın sahibi olan TikToker çəkəcəyi video üçün meşələrdə yanğın törədib.

Onun bu hərəkəti kəskin tənqidlərə səbəb olub. Meşəni qəsdən yandıran TikTokerə qarşı iddia qaldırıldığı bildirilir.

Bir çox ekoaktivistlər bu vəziyyəti pisləyib və onun cəzalandırılmasını tələb ediblər.

Onun hesabının 11 milyon izləyicisi var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*