Parisdə parkinq qiymətləri bahalaşdıbackend

Parisdə parkinq qiymətləri bahalaşdı

Fransanın paytaxtı Parisdə SUV avtomobillərinin şəhərdə park edilməsi ilə bağlı səsvermə gündəmə gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, parislilər çəkisi 1,6 ton və ya daha çox olan avtomobillərin saatlıq parkinq qiymətinin 18 avroya qaldırılmasına səs veriblər. Daha kiçik avtomobillər üçün isə parkinq haqqı 6 avro olaraq qalıb.

“Səsvermə parislilərin aydın seçimidir. Bu, sağlamlığımız və planetimiz üçün əla ideyadır”, – deyə Paris meri Anne Hidalqo bildirib.

Səsvermədə iştirak edən seçicilərin 54 faizi artımı dəstəkləyib. Amma Parisdə yaşayan və ya işləyənlərin, taksi sürücülərinin, biznesmenlərin, səhiyyə işçilərinin və əlillərin bu artımdan azad ediləcəyi bildirilib.

Şəhər mərkəzinə yaxın olmayan ərazilərdə parkinq haqqının 4 avrodan 12 avroya yüksəldiyi açıqlanıb. Şəhər rəhbərliyi bu artımla əlavə 35 milyon avro əldə ediləcəyini proqnozlaşdırır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*