Parisdəki etirazlarda həbs olunanların sayı artırbackend

Parisdəki etirazlarda həbs olunanların sayı artır 

Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb.

KONKRET.az TREND-ə istinadən xəbər verir ki, daha əvvəl saxlanılanların sayının 7 olduğu bildirilirdi.

14:00-da başlayan nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib. Maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*