Parlament türk ordusunun Qarabağa göndərilməsi ilə bağlı qərar hazırlayırbackend

Parlament türk ordusunun Qarabağa göndərilməsi ilə bağlı qərar hazırlayır

Türkiyə parlamenti Ankaraya Türkiyə Silahlı Qüvvələri bölmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün qanuni əsas verən qərar hazırlamağa başlayıb.

KONKRET.az “Sabah” informasiya agentliyinə istinadən xəbər verir ki, bu proses Ermənistan və Azərbaycan arasında atəşkəsə nəzarət etmək üçün ortaq bir Rusiya-Türkiyə mərkəzinin yaradılması ilə bağlı bir memorandum çərçivəsində olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyə Ordusunun Dağlıq Qarabağdakı yeri və necə hərəkət edəcəyi barədə məlumat verəcək bu qərarı imzalamağa hazırlaşır.

Qətnamənin bu həftə parlamentə, gələn həftə isə plenar iclasa təqdim edilməsi planlaşdırılır. “Türk parlamenti beynəlxalq hüquqa zidd olmadığı təqdirdə, Türk silahlı qüvvələrinin xarici ölkələrə göndərilməsinə və ya xarici silahlı qüvvələrin Türkiyədə olmasına icazə vermək səlahiyyətinə malikdir. Bu məsələnin parlamentdə baxılacağını və yaxın gələcəkdə həll ediləcəyini təxmin edirik. Hadisələrin inkişafını yaxından izləyirik”, – deyə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi mətbuat konfransında bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*