Partlayışda yaralananların vəziyyəti açıqlandıbackend

Partlayışda yaralananların vəziyyəti açıqlandı

Bakının Zabrat qəsəbəsində təndirxanada baş vermiş partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb. 

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.

Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*