Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdən danışdı: “Bu, bizə imkan verdi ki…”backend

Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdən danışdı: "Bu, bizə imkan verdi ki..."

“44 günlük müharibədən sonra biz müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etdik”.

KONKRET.az aysor.am-a xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mən də istəməzdim ki, bu təhlillər bizi müharibədə həlak olan övladlarımızın fədakarlığının boşa getdiyi qənaətinə gətirsin. Mən bu mövqe ilə razı deyiləm. Bu mövzu üzərində uzun müddət düşündüm və əmin oldum ki, bu qurbanlar Ermənistan Respublikasının müstəqilliyi və suverenliyi naminə verilib. Biz bu fədakarlığın verdiyi fürsətdən istifadə etməliyik. Ancaq heç də asan olmayacaq. Regionda Ermənistana qarşı mənfi münasibət formalaşıb”, – deyə Paşinyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*