Aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumat verib. Məlumata görə, baş nazir ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu vurğulayıb.
O, Endryu Şoferin səfərini alqışlayıb. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağdakı vəziyyəti və bu kontekstdə baş verən prosesləri müzakirə etmək imkanı verəcək.
Həmsöhbətlər Qarabağ münaqişəsinin hərtərəfli həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunu vurğulayıblar.
Onlar həmçinin Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq imkanlarını müzakirə ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
