Paşinyan Azərbaycan dilini bilir?backend

Paşinyan Azərbaycan dilini bilir?

Şahidlərin iddiasına görə, Nikol Paşinyan Azərbaycan və türk dillərində yaxşı danışır. O, İlham Əliyevlə dialoqlarını qismən rus, qismən də Azərbaycan dilində aparır.

KONKRET.az xəbər verir ki, bu məlumatı erməni Teleqram kanalları yayıb.

Bildirilib ki, Nyu Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı Paşinyan tərcüməçi istifadə etmədən keçinib.

Türk və Azərbaycan dilini bilən məmur və siyasətçilər arasında Ruben Rubinyan, Sərkis Xandanyan, Vladimir Vardanyan, Vaaqn Aleksanyan, Rüstəm Bakoyan, Arsen Torosyan, Artur Ohanesyan, Vilen Qabrielyan, Trdat Sərkisyanın da olduğu qeyd edilir.//Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*