Paşinyan: “Biz Rusiya ilə müttəfiq deyilik”backend

Paşinyan: “Biz Rusiya ilə müttəfiq deyilik”

“Ermənistan Ukrayna məsələsində Rusiya Federasiyasının müttəfiqi deyil”.

KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Münxendə erməni diasporu ilə keçirilən görüşündə deyib.

“Çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı dost xalqdır”, – deyə Paşinyan vurğulayıb.

Bu bəyanat bir daha Ermənistanın riyakar siyasət yürütdüyünü təsdiqləyir. Çünki Rusiya-Ukrayna müharbəsi başlayandan bəri Ermənistan erməni pilotlarını, təyyarələrini və hərbçilərini Rusiya tərəfindən döyüşmək üçün hərbi müttəfiqinin sərəncamına göndərib.

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*