“Artsax”ın (Qarabağdakı qondarma rejim) statusunun həddini (planka) aşağı salmaq üçün beynəlxalq konsolidasiya yoxdur. Hər halda belə bir ictimai bəyanat gözə dəymir. Ancaq belə konsolidasiyanı Nikol Paşinyan istəyir. Məqsədi erməni xalqına “Artsax”ı təslim etmədiyini sübuta yetirməkdir. Və hər yerdə deyəcək ki, beynəlxalq ictimaiyyət onu buna məcbur edib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri müxalif deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
- “Biz realist olmalı və başa düşməliyik ki, beynəlxalq ictimaiyyət Qarabağ ətrafındakı vəziyyətə uzun müddət dözməyəcək, çünki bu, regional əməkdaşlığa və təhlükəsizliyə, eləcə də Qərbin neft maraqlarına təhlükə yaradır. Təhlükəli yanlış fikir ondan ibarətdir ki, Qarabağın (Artsaxı nəzərdə tutur) düşməni Azərbaycandır, hansı ki, asanlıqla diz çökdürə bilər. Əslində isə düşmən rəsmi Bakı deyil, beynəlxalq ictimaiyyətdir. Hansı ki, bu vəziyyəti biz yaratmışıq”,-deyə o qeyd edib.
Andranik Tevanyan Nikol Paşinyanın aprelin 13-də Ermənistan parlamentində dediklərini yenidən xatırladıb:
- “Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: Qarabağın statusu məsələsində “planka”nı bir az aşağı salın və o vaxt biz Ermənistan və “Artsax” ətrafında daha böyük beynəlxalq konsolidasiyanı təmin edəcəyik”.
Andranik Tevanyan hesab edir ki, Paşinyan yalan danışır, çünki ATƏT-in Minsk Qrupunun (artıq belə qurum mövcud deyil) heç bir həmsədr ölkəsi Madrid prinsiplərini ləğv etdiyini və Ermənistandan Qarabağın statusu ilə bağlı “planka”nı aşağı salmağı və “Artsax”ı Bakının tərkibində saxlamağı bəyan etməyib:
“Bununla bağlı ictimai bəyanat olmayıb. Heç bir ölkə Ermənistanı məcbur etmir ki, “Artsax” Azərbaycanın bir hissəsi olsun. Əgər belə bir tələb varsa, onu göstərin. Nikol Paşinyan üçün “beynəlxalq ictimaiyyət” Türkiyə və Azərbaycandır. “Planka”nı aşağı salmaq istəyənlər onlardır.
Ancaq Rusiya, Fransa və ABŞ bilir ki, Türkiyə-Azərbaycan gündəmi ilə hərəkət edən Paşinyan siyasi cəsəddir, onun karyerası uzun sürməyəcək. Xaricdə Nikoldan sonrakı Ermənistana təsir etmək uğrunda mübarizəyə hazırlaşırlar.
Çox vacibdir ki, erməni xalqı, ilk növbədə, hakimiyyət dəyişikliyinə, layiqli sülhə, beynəlxalq ictimaiyyətlə işləməyə, xüsusilə də Rusiya ilə birlikdə çalışmağa hazır olsun, çünki ölkəmizi bu vəziyyətdən yalnız rəsmi Moskva çıxara bilər”.
Natiq Səlim,
KONKRET.az
