Paşinyan: “Dünyada heç nə indiki Konstitusiyanın qəbulu zamanı olduğu kimi qalmayıb”backend

Paşinyan: "Dünyada heç nə indiki Konstitusiyanın qəbulu zamanı olduğu kimi qalmayıb"

“Bəziləri Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Konstitusiyaya dəyişiklik edilməsi tezisini səsləndirir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 7-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin mətnində razılaşdırılmış maddə var ki, tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmək üçün öz qanunlarına müraciət edə bilməzlər.

Baş nazir onu da qeyd edib ki, Konstitusiya ilk növbədə daxili həyatın təşkili üçün nəzərdə tutulub. Halbuki istənilən ölkənin Konstitusiyası həm də xarici əlaqələri tənzimləyir.

Onun fikrincə, Ermənistan yeni şəraitdə xarici dünya ilə münasibətləri haqqında düşünməlidir.

“Dünyada heç nə indiki Konstitusiyanın qəbulu zamanı olduğu kimi qalmayıb. Heç bir xarici əlaqələr əvvəlki kimi deyil”, – deyə baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistanın indiyədək qəbul olunmuş konstitusiyalarının heç biri xalqın azad iradəsi ilə qəbul edilməyib.

“Elita həmişə necə yaşamağı diktə edib. Ən mühüm vəzifələrdən biri xarici mühitdə daha stabil və təhlükəsiz olmaqdır”, – deyə Paşinyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*