Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclasda prezident, parlamentin spikeri və vitse-spikeri, “Mülki müqavilə” fraksiyasının rəhbəri də iştirak edib.
Tədbirdə Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, xarici əlaqələr komissiyasının rəhbəri Sarxis Xandanyan və mülki işlər üzrə katib iştirak ediblər.
İclasda cari gündəlikdəki məsələlər və strateji məsələlər müzakirə olunub.
Dekabrın 19-da Təhlükəsizlik Şurasının sonuncu iclası keçirilib.