“Paşinyan geosiyasi “şpaqat” açıb, ya Qərbi, ya da Rusiyanı aldatmalıdır”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Respulika Erməni Partiyasının sədr müavini Armen Aşotyan deyib. O, Ermənistanda mümkün hakimiyyət dəyişikliyinin yalnız Ermənistan və “Arsax”ın milli maraqlarından irəli gəldiyini və bu dəyişikliyin Ermənistan Respublikasının daxili imkanları hesabına baş tutmasının mümkün olmadığını bildirib.
“Bu oyunlara görə Nikol Paşinyan “geosiyasi şpaqat” üzərində oturub, o da artıq ortadan cırılır. Paşinyan ya Qərbi, ya da rusları aldatmalıdır. Bunu dəfələrlə edib və həzm edib, amma əminəm ki, bu dəfə rus atalar sözündə dediyi kimi olacaq, könlü balıq istəyənin quyruğu suda gərək”, -deyə Aşotyan vurğulayıb.
Daha sonra o, hökuməti öz mövqeyinin olmamasında günahlandırıb. “Bu hakimiyyətin mövqeyi başa düşüləndir. azərbaycanlılara istədiklərini vermək, yerdə qalanını da hakimiyyəti qorumaq üçün Rusiyanın ixtiyarına vermək”, -deyə qeyd edib.
Xuraman Etibarlı
KONKRET.az