Paşinyan Gürcüstanda – Tiflis İrəvanla Bakı arasında dialoq platforması hazırlayırbackend

Paşinyan Gürcüstanda - Tiflis İrəvanla Bakı arasında dialoq platforması hazırlayır

Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti bu gün Gürcüstana iki günlük rəsmi səfər edir.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfərdə məqsəd bütün sahələrdə ikitərəfli əlaqəni yeniləməkdir.

Bu, yeni təyinatdan sonra Paşinyanın Gürcüstana ilk rəsmi səfəridir. Rəsmi İrəvan Tiflisi bölgədə vacib tərəfdaş və qonşu hesab edir.

Səfər zamanı Paşinyan gücü həmkarı İrakli Qaribaşvili ilə müzakirələr aparacaq.

Verilən məlumatlara görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin gündəliyə çıxarılacağı istisna olunmur. Qeyd edilur ki, bu məsələ 90-cı illərdən bəri gündəmdədir və hələlik həll olunmaması bütün tərəflər üçün müəyyən həssaslıqdan xəbər verir.

Məlumata görə, tərəflər birgə bəyanatlar verəcək. Tiflis bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyini əsas gətirərək, İrəvanla Bakı arasında dialoq üçün bir platforma hazır olduğunu bəyan edəcək.

Ehtimal ki, tərəflər bölgədəki kommunikasiyaların blokadadan çıxarılması məsələsini də müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*