backend

Paşinyan İlham Əliyevdən hələ də şübhəlidir - TƏFƏRRÜAT

“Xain xoflu olur”, – deyib atalarımız. Ermənilər şərəfsiz olduğu qədər də xain və kəmfürsətdirlər. Gör bunlar nə qədər insani hisslərini itiriblər ki, onlara uzadılan xeyirxah ələ də şübhə ilə, xaincəsinə baxırlar. Yəqin ki söhbətin nədən getdiyini bildiniz. Deməli, Ermənistanın “Qraparak.am” nəşri bir xəbər yayımlayıb. Xəbərdə deyilir ki, Nikol Paşinyan 11 yanvar zirvə görüşündən İrəvana qayıdarkən onu müşayiət edən yaxınlarına heyrətlə bildirib ki, “kommunikasiyanın bərpa olunması Ermənistanın nicatı deməkdir. Bəs, İlham Əliyev buna niyə razı olur, mən bilmirəm?”

Bu sözləri sıradan bir erməni yox, Ermənistanın baş naziri deyir. Və eşitdiklərinə də inanmır. Bunun röya olmadığını ətrafındakılardan soruşub, dəqiqləşdirir. Bunu hansı xalqın nümayəndəsinə desən, gülər. Amma erməniləri özlərindən də yaxşı tanıdığımız üçün bizə bu sözlər təəccüblü gəlmir. Əksinə, təəssüflənirik ki, gör bizim qonşularımız kimlərdir.  Amma neyləyək ki, bizim də taleyimizdə belə şərəfsizlərlə qonşu olmaq var imiş. Ermənilər üçün bu həyatda müqəddəs heç nə yoxdur. Onlar nə insanlıqdan qanırlar, nə qonşuluqdan. Onların ürəyində iynə ucu boyda insanlıq işartısı olsaydı, Qukarkda qadınları və uşaqları dəmir turbanın içinə doldurub, hər iki tərəfdən o turbanı qaynaq etməzdilər. Və turbadakı insanların günlərlə iniltisinə qulaq asıb gülüb, əylənməzdilər. Hələ Meşəlidə, Xocalıda törətdikləri vəhşilikləri demirəm. Ermənilərin düşmənçiliyi də özləri qədər mundar və şərəfsizdir.

10 noyabr sülh anlaşmasına görə noyabrın 15-də Kəlbəcər rayonu boşaldılmalıydı. Lakin, Ermənistan tərəfi xahiş etdi ki, burdakı əhalinin köçürülməsi üçün 10 gün möhlət verin. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəddüdsüz humanizm nümayiş etdirdi. Ermənilərə istədiyi vaxtı verdi. Hələ o zaman başda Paşinyan başda olmaqla bütün ermənilər buna təəccübləndilər. Çünki onlar Azərbaycan Prezidentinin və Azərbaycan xalqının nə qədər humanist və insanpərvər olduğunu heç vaxt dərk edə bilməzlər. Humanist olmaq üçün ilk öncə insan olmaq lazımdır. Ermənilərsə insanlıqdan uzaq varlıqlardır. Nəinki son 30 ildə, heç son 200 ildə ən xırda məsələdə belə ermənilər bizə güzəşt etməyiblər.

Biz Kəlbəcərdə onlara 10 gün möhlət verdik. Lakin onlar 1993-cü ilin 1-3 aprelində bircə gün kəlbəcərlilərə möhlət tanımadılar. Kəlbəcər – Ağdərə yolunu bağladılar. On minlərlə kəlbəcərli məcbur olub Murov dağının qarlı-şaxtalı aşırımlarından keçib gəldilər. Və o aşırımlarda nə qədər uşaq, qadın və qoca həyatını itirdi. Lakin Azərbaycan xalqı 15 noyabrda bütün olanlara rəğmən ermənilərə istədikləri möhləti verdi.

Deməyim odur ki, ermənilərdə yaxşılığı qanmamaq kompleksi var, bu heç. Amma onlar reallıq hisslərini də itiriblər. Hansı əsrdə yaşadıqlarını hələ qanmırlar. Başa düşmürlər ki, dövlət tikanlı sərhət məftilləri və qaniçən quldur dəstəsi ilə qurulmur. Dövlət humanist və dünyəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Təsadüfi deyil ki, 44 günlük müharibədə ABŞ, Fransa, Rusiya prezidentlərindən tutmuş digər ölkələrin başçıları Azərbaycan Prezidenti ilə zor yox, xahiş dilində danışırdılar. Çünki bütün dünya Azərbaycanın haqq uğrunda mübarizə apardığını çox gözəl bilirdi. Və həm də Azərbaycan xalqının nə qədər tolerant və humanist xalq olduğunu dəfələrlə görüb, şahid olmuşdular.

Lakin ermənilər haqqında bunu demək qeyri-mümkündür. Bunu ermənilər özləri də yaxşı bilirlər. Və hər dəfə Azərabycan xalqının humanizmi qarşısında çaşıb qalırlar. Necə ki, son iki ayda bu hissləri iki dəfə yaşadılar. Birincisini Kəlbəcərdə, ikincisini isə 11 yanvar Moskva görüşlərində. Ermənilərin faşist ideologiyası onların gözünü kor edib. Onlar öz dediklərindən başqa heç nəyi görüb, qəbul edə bilmirlər. Çünki bir millət olaraq xəstədirlər.

Bu gün istər Azərbaycan, istərsə də Türkiyə prezidentlərinin sülh çağırışlaırını Ermənistanda və xaricdəki ermənilərin heç biri inanmır. Çünki,onlar nə bizimlə, nə də ki digər dövlətlərlə dinc qonşuluq şəraitində  yaşamağı ağıllarına belə gətirmirlər. Sabah ermənilərin ayaqları yer tutsa, nəinki Azərbaycana, elə  İrana da, Gürcüstana da və hətta Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edəcəklər. Onlar elə başa düşürlər ki, Azərbaycan və Türkiyə iqtisadi əlaqələri bərpa eləməklə nəsə başqa niyyətdədir. Ankaradan və Bakıdan gələn istənilən sağlam təklifə şübhə və düşmənçiliklə baxırlar. Necə ki Paşinyan baxır. Düşünür ki, iqtisadi əlaqələrin qurulmasında Azərabaycanın nəsə başqa marağı var. Ona görə də təəccübünü gizlətməyib yaxın ətrafından soruşur ki, “rabitə ilə bağlı imzalanmış sənəd bizim şanlı bir qələbəmizdir. Lakin Əliyevin bu məsələdə mənə harda “yalan danışdığını” anlamadım. Necə oldu ki, Ermənistanın blokadadan çıxarılmasına Azərbaycan razı oldu?”

Bəli, Nikol! Sən heç zaman Azərbaycan xalqının insani böyüklüyünü başa düşməyəcəksən. Çünki bunun üçün gərək insan olasan, qəlbin ola! Bunlar nə səndə, nə də digər soydaşlarınızda var. Siz ermənilərdə ancaq xainlik, kəmfürsətçilik və qansızlıq var. Hə, birdə kimlərinsə qabağında tulalıq etmək var. Çünki sizin çörəyiniz tulalıq etməkdən çıxır. Axı, sizə heç zaman nər rus, nə fransız, nə də ingilis nəyi isə təmənnasız verməyib. Ona görə də Azərbaycanın təmənnasız qonşuluq siyasətini sən başa düşməzsən. Amma çalışın bunu tez başa düşün. Çünki Ermənistanın dövlət kimi qalıb, yaşaması Azərbaycan və Türkiyədən asılıdır. Əgər yenə də ABŞ, Avropa və Rusiyanın dediyi yolla getsəniz, onda həəə, çomağın o biri başını görəcəksiniz. Bu isə Ermənistanın sonu ola bilər. Ona görə də Azərbaycanı eşitmirsinizsə, heç olmaya özünüzünküləri – Liparidyanı, Şahnazarovu, Qriqoryanı və digər soydaşlarınızı eşidin. Heç olmasa həyatda qalmaq üçün.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*