Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin iclasında İlham Əliyev keçirdikləri görüşdən danışıb.
KONKRET.az xəbər verir ki, Nikol Paşinyan görüşün Ermənistan və region üçün əhəmiyyətinin böyük olduğunu vurğulayıb:
“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.
Paşinyan bildirib ki, region üçün yeni eranın açılması istiqamətinə mühüm işlər görülür:
“Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.
