Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının rəhbəri, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana qarşı daha bir məhkəmə iddiası qaldıracağını açıqlayıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, buna səbəb Karapetyanın Paşinyanın Kanadada evi olması ilə bağlı səsləndirdiyi iddiadır.
“Deyib ki, mənim Kanadada evim var. Bu absurd açıqlamaya görə onu məhkəməyə verəcəyəm və üzr istəməli olacaq. Başqa variantı yoxdur. Mənim yalnız bir evim var, o da Ermənistandır”, — deyə baş nazir vurğulayıb.
Xatırladaq ki, Paşinyan daha əvvəl də Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.
