Ermənistanın sabiq ombudsmanı Kristin Qriqoryan Baş nazirin fərmanı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.
“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, – məlumatda deyilir.
Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında qanun layihəsi Nazirlər Kabineti tərəfindən bəyənilib, sonra isə ötən ilin dekabrında Ermənistan parlamenti tərəfindən təsdiq edilib.
Xidmət kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.
Xatırladaq ki, 2023-cü il yanvarın 24-də Kristine Qriqoryanın istefa ərizəsi əsasında Ombudsman kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Ariz Həsənoğlu,
KONKRET.az
