Paşinyan: “KTMT Azərbaycanın ərazi bütövlüyünü tanımır”backend

Paşinyan: "KTMT Azərbaycanın ərazi bütövlüyünü tanımır"

“KTMT Azərbaycanın ərazi bütövlüyünü tanımır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, məhz KTMT Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir.

“Azərbaycanın 86,6 min kv.km ərazisi olmadığını deyənlər, həm də deyirlər ki, Ermənistanın 29,8 min kv.km ərazisi yoxdur.

Ermənistanın 29,8 min kv.km ərazisinin “müəyyən rəqəmləri çıxmaqla” olduğunu deyirlər. Hansı konkret rəqəm isə həmin gün KTMT-dəki əhval-ruhiyyədən asılıdır”, – Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*