Putin Paşinyanın əlindən “zəncir çeynəyir”backend

Putin Paşinyanın əlindən "zəncir çeynəyir"

Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı seçkilər münasibətilə heç bir şəkildə təbrik etməməsi diqqətəlayiq haldır.

KONKRET.az xəbər verir ki, bu barədə Qafqazşünas Karen İgityan Alpha News-a açıqlamasında bildirib.

“Erməni tərəfi baş nazir tərəfindən təqdim olunan gündəmə diqqət yetirdiyi halda, Rusiya tərəfi Moskva üçün vacib olan məsələlərə diqqət yetirib. Bu fərqlər Yerevan və Moskva arasında təkcə gərginliyin deyil, həm də prinsipial fikir ayrılıqlarının olduğunu bir daha təsdiqləyir. Bunların ən mühümü Ermənistanın Avropa inteqrasiyası siyasətinə aiddir”, – deyə politoloq bildirib.

İgityan xatırladıb ki, Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına üzv olmalı olduğunu bəyan edib, həmçinin müvafiq qanun qəbul edilib.

“Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin rəhbərləri aydın şəkildə bildiriblər ki, Aİ-yə üzvlük xeyrinə seçim AİİB-dən çıxışı nəzərdə tutur, çünki eyni zamanda iki iqtisadi birliyə üzv olmaq mümkün deyil. Bu, AİİB-in aydın və proqnozlaşdırıla bilən mövqeyidir”, – deyə İgityan qeyd edib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*