Paşinyan müdafiə nazirini işdən çıxaracaq? – Fəaliyyətindən narazıdırbackend

Paşinyan müdafiə nazirini işdən çıxaracaq? - Fəaliyyətindən narazıdır

Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən müdafiə naziri təyin olunan Suren Papikyanın fəaliyyətindən narazı olduğu iddia edilir.

KONKRET.az xəbər verir ki, “Qraparak” qəzeti hakim dairələrdəki mənbələrə istinadən yazıb ki, Paşinyanın narazılığı Müdafiə Nazirliyindəki vəziyyətlə bağlıdır.

Məlumata görə, əsas narazılıq hərbi qulluqçular arasında döyüşlərdən kənar ölüm hallarının artması və bunun cəmiyyətdə yaratdığı tənqidlərlə bağlıdır.

İddialara əsasən, Paşinyan Papikyanla sərt söhbət apararaq bildirib ki, hərbi əməliyyatların olmadığı bir dövrdə nazirlik şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə və daxili intizam məsələlərinə daha çox diqqət yetirməlidir.

Qeyd edək ki, Suren Papikyan Ermənistan hökumətində müdafiə naziri postunda fəaliyyətini davam etdirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*