Paşinyan NATO-ya yeni səfir göndərdi – FOTObackend

Paşinyan NATO-ya yeni səfir göndərdi – FOTO

Baş nazirin təklifi əsasında Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Armen İsraelyanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) Ermənistan missiyasının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, Ermənistan Prezidentinin digər sərəncamı ilə Qaqik Ovannisyan Ermənistanın NATO-dakı missiyasının rəhbəri vəzifəsindən geri çağırılıb.

Armen İsraelyanın 52 yaşı var, 1994-cü ildən Ermənistan Xarici İşlər Nazirliyində işləyir, fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Müxtəlif illərdə Ermənistanın ABŞ, Belçika, Çin, Hindistandakı səfirliklərində çalışıb.

2008-2010 və 2006-2008-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Təhlükəsizlik, Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik bölməsinin rəisi olub.

O, 2018-2022 illərdə Ermənistan Milli Assambleyasına Xarici əlaqələr şöbəsinin müdiri kimi ezamiyyətə göndərilib.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*