backend

Paşinyan oğlunun oğurlanması cəhdinə münasibət bildirdi

“Oğlumun şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, oğlundan onun qaçırılması cəhdi ilə bağlı şikayət ərizəsini geri götürməsini istəmədiyini vurğulayıb: “Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib”.

N.Paşinyan əlavə edib ki, hadisə baş verən zaman ölkədə olmayıb: “Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”?

Baş nazirin sözlərinə görə, A.Paşinyan daha sonra bildirib ki, bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir.

N.Paşinyan deyib ki, bundan sonra oğlundan məsələ ilə bağlı xahiş etməyə heç bir arqumenti qalmayıb.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir N.Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*