Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımaq qərarına gəlib və bu, Qarabağ ətrafında bugünkü vəziyyətin xəbərçisi olub.
KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov deyib.
Peskov İrəvanın Moskva ilə ikitərəfli tərəfdaşlığa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinə dair tənqidinə isə belə cavab verib.
“Qarabağla bağlı müzakirələrə gəlincə, biz cənab Paşinyanın Praqada verdiyi və 1991-ci ildən Azərbaycanın sərhədlərini tanıyan qərarını həmişə xatırlamalıyıq. Buna uyğun olaraq o, Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanıdı. Bu, hazırda mövcud olan bütün vəziyyətin xəbərçisidir”, – deyib.
Ariz Həsənoğlu,
KONKRET.az

Rustari yaman yandirib pasiqin bu hereketi