“Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır” – Andranik Tevanyanbackend

"Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır" - Andranik Tevanyan

Paşinyan bəyan edib ki, o, “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyır.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan özünün facebook statusunda yazıb

“Nikol Paşinyanın demaqogiyasını, yalanlarını, manipulyasiyalarını, Qarabağla bağlı danışıqlar prosesinin saxtalaşdırılmasını, ucuz hiylələrini, özünün biabırçı uğursuzluqlarını “keçmişə” köçürmək üçün köhnəlmiş texnologiyanı və ona xas olan başqa şeyləri bir kənara qoysaq, o zaman Türkiyə prezidenti Ərdoğanla görüş və Əliyevlə “sülh” müqaviləsi imzalama ərəfəsində o, bəyan edib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

1. Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyır.
2. Danışıqlarda “şərt”lə Ermənistanın Azərbaycanın bir hissəsi kimi tanınması perspektivinə yer verir.

Və bütün bunları “sülh” adı altında edir” – deyə Tevanyan yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*