backend

Paşinyan qətnamənin qəbulunu "ədalətin qələbəsi" adlandırıb

Ermənistanın Baş Naziri Nikol Paşinyan ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsini “tarixi hadisə” adlandırıb. Onun sözlərinə görə, bu, 20-ci əsrin “ilk soyqırım” qurbanlarının xatirəsinə ehtiram və soyqırımların qarşısının alınmasının gücləndirilməsində böyük addımdır.

“ABŞ Senatının qətnaməsi ədalətin və həqiqətin qələbəsidir. Bütün dünya erməniləri adından Senatın bu vacib qərarı üçün minnətdarlığımızı bildiririk”, – deyə Baş Nazir sevincini sosial şəbəkədə paylaşıb. Paşinyan statusunu #NeverAgain (bir də heç vaxt) həştəqi ilə bitirib.

KONKRET.az xatırladır ki, dekabrın 12-də ABŞ Senatı yekdilliklə 1915-ci il erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*