“Paşinyan rus hərbi bazasını Gümrüdən, sülhməramlıları isə Qarabağdan çıxarmaq istəyir” – Tevanyanbackend

“Paşinyan rus hərbi bazasını Gümrüdən, sülhməramlıları isə Qarabağdan çıxarmaq istəyir” – Tevanyan

“Ermənistan hakimiyyəti gələcəkdə Rusiyanın regiondan çıxmasına nail olmaq üçün Qarabağı Azərbaycana vermək niyyətindədir”.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikiri “Ermənistan” fraksiyasından olan deputat Andranik Tevanyan səsəndirib.

O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini qoruyub saxlamaq üçün Rusiyaya qarşı işləməyə hazırdır. Tevanyan hökumət başçısını Ankara və Bakı ilə birləşərək Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə ziyan vurmaqda ittiham edib: “Nikol Paşinyan “Artsax”ı Azərbaycana təhvil verməyə və oradakı Rusiya sülhməramlılarını sıxışdırıb çıxarmağa çalışır. Gələcəkdə isə Rusiya hərbi bazasını Gümrüdən çıxarmaq istəyir” – Tevanyan vurğulayıb.

Erməni deputat əmindir ki, Əliyev və Ərdoğanın tələblərini yerinə yetirməklə Paşinyan öz kreslosunda oturmağa çalışır. Tevanyan bildirib ki, hazırda regionda müharibə təhlükəsi yoxdur. Onun fikrincə, müharibə təhlükəsi Ermənistan hakimiyyəti tərəfindən güzəştlərə haqq qazandırmaq üçün ortaya atılıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*