Paşinyan şadyanalıq edir: “Ötən il orduda ölüm halları daha az olub” – SİYAHIbackend

Paşinyan şadyanalıq edir: "Ötən il orduda ölüm halları daha az olub" - SİYAHI

2019-cu il Ermənistan ordusu tarixində ilk dəfə olaraq az itki qeydə alıb. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb:

“Ermənistanın hər bir vətəndaşının həyatı dəyərlidir. Ancaq orduda baş verən hər bir ölüm hamımıza ikiqat ağrı və kədər gətirdiyindən, inanıram ki, bu məlumatları bölüşməyə dəyər. 2019-cu ildə Ermənistan ordusu insan itkisinin tarixi minimumunu qeyd edib. Yəni ordumuzda 2019-cu ildəkindən daha az itki olmayıb. Allah əsgərlərimizi qorusun”.

Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan Facebook səhifəsində yazıb ki, 2019-cu ildə Silahlı Qüvvələrdə hərbiçilərin ölümü 22% azalıb. O qeyd edib ki, 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrində 49 ölüm hadisəsi qeydə alınıb, onlardan 14-ü hərbi qulluqçu, 22-si müqavilə əsgəri, 13-2 zabitdir.

“49 ölüm hadisəsindən 20-si hərbi xidmətlə, 29-u isə hərbi xidmətlə əlaqəli olmayan şəraitdə baş verib. Xüsusilə, hərbi xidmətlə bağlı ölüm səbəbləri: 4 hadisə – düşmənin atəşi nəticəsində, 7 hadisə – intihar, 1 hadisə – silahdan istifadə qaydalarının pozulması, 1 hadisə – xəstəlik nəticəsində, 4 hadisə – qətl, 2 hadisə – qəza, 1 hadisə – xidmətlə əlaqəli qəza.

Abrahamyan qeyri-hərbi ölüm səbəblərini də göstərib: 14 hadisə – xidmətlə əlaqəli olmayan bədbəxt hadisələr, 12 hadisə – xəstəlik nəticəsində, 3 hadisə – intihar.

Müqayisə üçün Abrahamyan 2018-ci ilin məlumatlarına da istinad edib. O bildirib ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində 63 ölüm hadisəsi qeydə alınıb, bunlardan 27-si hərbi qulluqçu, 23-ü müqavilə üzrə xidmət edən, 13-ü zabitdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*