Paşinyan Serj Sarkisyanın kürəkəninin qardaşına VƏZİFƏ VERDİbackend

Paşinyan Serj Sarkisyanın kürəkəninin qardaşına VƏZİFƏ VERDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini postuna Qriqor Minasyanın təyin olunması barədə qərar imzalayıb.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan Ədliyyə Nazirliyinin saytına yerləşdirilib.

Qriqori Minasyan 2009-2010-cu illərdə Ermənistan Ədliyyə Nazirliyinin aparatında idarə rəisi və Nazirlik yanında ədliyyə kollecində müəllim kimi çalışıb.

O, 2011-ci ildən Ermənistanın Avropa Publik Hüquq Təşkilatında (EPLO) rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, Qriqor Minasyan sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın İtaliyada sabiq səfiri və hazırda İtaliyada mühacirətdə yaşayan Mikael Minasyanın qardaşıdır.

Mikael Minasyan Paşinyanın ən radikal əleyhdarı sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*