Paşinyan yeni “Yol Xəritəsi”ni elan etdibackend

Paşinyan yeni "Yol Xəritəsi"ni elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti perspektiv üçün planlarını açıqlayıb. Bununla bağlı yeni “Yol Xəritəsi” hazırlanıb. Bu sənəd 15 bənddən ibarətdir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın populyar “NEWS.ru” portalı məlumat yayıb. Məlumatda deyilir ki, Paşinyan yenidən özünü Dağlıq Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbkarı sayır. Ona görə də “Yol Xəritəsi”ndəki bəndlərdən biri Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bərpasıdır. Döyüş əməliyyatları zamanı şəhid olan əsgər ailələrinin və mülki şəxslərin sosial təminatını yaxşılaşdırmaq da Paşinyan üçün prioritetlərdəndir.

Bundan əlavə, baş nazir ölkənin silahlı qüvvələrində islahatlar elan edib və koronavirusdan sonra iqtisadiyyatı bərpa etməyə hazırlaşır.

Paşinyan qarşıya qoyulmuş vəzifələrin həlli naminə hökuməti dəyişdirəcəyini vurğulayıb. Ən vacib məqsəd isə Ermənistanın demokratik sabitliyini təmin etmək və hökumətin qurulması sayəsində heç bir şeyin onu təhdid etməyəcəyinə dair zəmanətlər yaratmaqdır.

“Yol xəritəsi”nin həyata keçirilməsinin altı ay çəkəcəyi izah edilir. Beləliklə, 2021-ci ilin iyun ayında Paşinyan proqramın icrası barədə hesabat verməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*