Paşinyandan Putinə: “Sərhəddə vəziyyət sabit deyil”backend

Paşinyandan Putinə: “Sərhəddə vəziyyət sabit deyil”

Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsindən sonra Dağlıq Qarabağda vəziyyət sabitdir, lakin zaman-zaman qeyri-sabitlik ortaya çıxır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Təəssüf ki, son vaxtlar təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki bölgəmizdəki vəziyyət o qədər də sabit deyil. Əlbəttə ki, hər kəs sizin şəxsi səylərinizi və Rusiyanın atəşkəsin əldə edilməsindəki səylərini bilir”, – Paşinyan söyləyib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət o qədər də sabit deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*