Paşinyandan Putinə tərs sillə: İrəvan Moskvanı yerinə oturtdubackend

Paşinyandan Putinə tərs sillə: İrəvan Moskvanı yerinə oturtdu

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın xarici siyasəti yalnız bir ölkə ilə məhdudlaşmır və Ermənistan müxtəlif dövlətlərlə strateji tərəfdaşlığını genişləndirmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, Paşinyan bu fikirləri keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, rəsmi Moskva Ermənistan-Rusiya münasibətlərini eksklüziv formatda görür. Lakin Ermənistan bu yanaşmanı bölüşmür.

Paşinyan qeyd edib ki, ölkəsi indiyədək mövcud olmayan alternativlər yaratmaq qərarına gəlib. Bu alternativlər təkcə iqtisadi deyil, həm də siyasi istiqamətləri əhatə edir.

Baş nazir vurğulayıb ki, Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb.

“Problem bundadır ki, əvvəllər Ermənistanın bu qədər tərəfdaşla belə münasibətləri yox idi və ya ola bilməzdi. Rusiya bunu problem hesab edir – ya münasibətlər eksklüziv olmalıdır. Yaxud ümumiyyətlə olmamalıdır. Biz hesab edirik ki, münasibətlər eksklüziv xarakter daşımaya bilər, lakin davam etməlidir. Bu, tam legitim yanaşmadır”, – deyə Paşinyan bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*