İrəvanda bir neçə min etirazçı Ermənistan Baş naziri Nikol Paşinyanın iqamətgahına tərəf yürüş edib.
KONKRET.az xəbər verir ki, yürüşün təşkilatçısı Daşnaksütyun Partiyasının nümayəndəsi Geqam Manukyandır. O, etirazçıları baş nazirin iqamətgahına tərəf irəliləməyə çağırıb.
“Biz Baqramyan prospekti ilə iqamətgaha tərəf irəliləyirik”, – Manukyan bildirib.
