“Paşinyanın İrəvanla Ankara arasında gizli flirtinin ilkin “oyunları””.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan öz Facebook səhifəsində yazıb. Türkiyə və Ermənistan liderləri harmonik və sinxron işləyirlər. Dünən Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün xüsusi nümayəndənin təyin olunduğunu, bu gün isə İrəvan da bunu etməyə hazır olduğunu açıqlayıb. Manukyan bu barədə yazıb:
“Dünən Çavuşoğlu ikitərəfli xüsusi nümayəndələrin təyin olunduğunu elan etdi, bu da Ermənistanın davranışnı əvvəlcədən bildiyinə işarədir. Buradan belə məlum olur ki, artıq razılıq əldə olunub, lakin hakimiyyət Ermənistan ictimaiyyətini xəbərdar etməkdən çəkinib. Artıq Türkiyənin ilkin şərtləri qəbul edilib, ona görə də Ankara işləməyə hazırdır və nəhayət, Çavuşoğlunun sözlərinə görə, onlar Bakı ilə birgə işləyirlər, bu, yəqin Əliyevi qane edib”.
Qeqam Manukyan hakimiyyəti “müti”likdə, hərəkətsizlikdə günahlandırıb.
“Ermənistanda hazırkı hakimiyyətin tələb etmədiyi və səssizcə Ankaraya və Bakıya güzəştə getdiyi, eyni zamanda şərti sülh yalvarışları. Suallar, milli kimlik və təhlükəsizlik məsələləri, problemlər masadadır, lakin taleyüklü qərarlar verən insanlar qrupu müstəsna olaraq antimilli arzuları çərçivəsində hərəkət edir”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
