Paşinyanın mühafizəçisi jurnalistə hücum etdibackend

Paşinyanın mühafizəçisi jurnalistə hücum etdi

Bağanisdə (Tavuş) Ermənistanın baş nazirinin mühafizəçiləri jurnalist Ani Gevorkyanı Nikol Paşinyanın kənd sakinləri ilə görüşəcəyi məktəb binasından zorla çıxarıblar.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Məlumata görə, təhlükəsizlik əməkdaşları məktəb binasına daxil olmağa icazə vermirlər. Ancaq Gevorkyan məktəbə girə bilib. Ondan binanı tərk etməsi istənilsə də, erməni jurnalist buna müqavimət göstərib.

(Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*