“Paşinyanın səhvlərini düzəltmək mümkün deyil!”.
KONKRET.az xəbər verir ki, bunu “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.
O hesab edir ki, Respublika Partiyasının öz səhvləri var, lakin Nikol Paşinyanın səhvlərindən fərqli olaraq bunları düzəltmək olar.
Artur Vanetsyan qeyd edib ki, onun partiyası ilə ERP-nın ideoloji cəhətdən ümumi cəhətləri var: hər ikisi ənənəvi dəyərlərin tərəfdarıdır.
Xuraman Etibarlı
KONKRET.az
