Paşinyanın tərəfdaşı komandanı tənqid edib və İrəvan Ağsaqqallar Şurasındakı mandatından istefa verib.
KONKRET.az xəbər verir ki, bununla bağlı avqustun 16-da İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasının üzvü Karine Baqdasaryan Facebook səhifəsində paylaşım edib. O bildirib ki, mandatını təhvil verib.
“Həqiqətən də, susmağın qeyri-mümkün olduğu bir hədd var. Əks halda, prinsiplərinizi və dəyərlərinizi yavaş-yavaş pozmağa başlasanız, bu heç nəyə gətirib çıxarmaz. Yaxşı halda öz qarşısında cır-cındır olmağa gətirib çıxarar.
Təəssüf ki, təbiət və tarixi abidələr açıq soyqırıma məruz qaldıqda bu çərçivədə fəaliyyətin həyata keçirilməsi birmənalı və çox şübhəli olur. Ona görə də heç bir abidə vandalizmdən sığortalanmayıb.
Detalları təkrarlamayacağam.
Amma belə uzun susqunluqdan qurtulmalı və ikili standartlardan uzaq davranmalıyam”, – deyə Baqdasaryan yazıb.
Xatırladaq ki, bu günlərdə Karine Baqdasaryan öz Facebook səhifəsində “Surmalu” ticarət mərkəzində baş verən insidentlə bağlı paylaşım edib.
“İsanın heykəli ucaldılmasaydı, bu baş verməzdi”, – deyə o, istehza ilə yazıb.
Yazı sosial şəbəkələrdə tənqid olunub.
Xuraman Etibarlı,
KONKRET.az
