backend

Past: Sülh müqaviləsindən sonra Paşinyan hakimiyyətini itirəcək: "Nikolun əvəzlənməsi müzakirə olunur"

“Paşinyanın əvəzlənməsi əsas məsələyə çevrilib, artıq bir neçə mümkün namizədin adı müzakirə olunur”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri olan “Past” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb:

“Diplomatik mənbələrimizin bildirdiyinə görə, Ermənistan və Azərbaycan arasında mümkün razılaşmanın əldə olunması bəzi mərkəzləri, xüsusən də Qərb dairələrini ciddi surətdə maraqlandırır. Onlar hesab edirlər ki, tərəflər arasında sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması ciddi problemə çevrilə bilər. Buna görə də, Paşinyanın əvəzlənməsi və ona alternativ variantın kimliyi haqda geniş müzakirələr aparılır”, – nəşr yazıb.

“Bu mərkəzlər başa düşürlər ki, imzalanma mərasimindən sonra Paşinyanın varlığına ciddi təhlükə yarana bilər. Həmçinin onun hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə də, həmin dairələr “B planı” tapmağa çalışırlar. Eyni zamanda gələcəkdə regional proseslərdən kənarda qalmamaq və siyasi maraqları qoruyub saxlamaq baxımından bu gün Paşinyanın dəyişdirilməsi məsələsi aktualdır. Buna görə də, Qərbə yaxın olan bir neçə mümkün namizədin adı müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında fəallığı ilə seçilməyən fiqurların olduğu barədə məlumatlar var. Bizdə olan məlumata görə, Moskvada da bu mövzuda müzakirələr aparılıb”, – deyə qəzet məqaləni tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*