Patriarx Kirilin kilsə tribunalına göndərilməsi istənilib.
KONKRET.az xəbər verir ki, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin 260-dan çox keşişi Patriarx Kirilin kilsə tribunalına göndərilməsini tələb edib.
Bundan əvvəl Konstantinopol Patriarxı Varfolomey belə bir Şuranın 2022-ci ilin aprelində keçiriləcəyini açıqlamışdı.
“Bu gün Ukraynada baş verən faciə, digər məsələlərlə yanaşı, Patriarx Kirillin Rus Pravoslav Kilsəsinə rəhbərlik etdiyi müddətdə yürütdüyü siyasətin nəticəsidir.
Tamamilə aydındır ki, bu, artıq bütün dünya pravoslavlığı üçün çağırışa çevrilib”, – müraciətdə deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
