Payızın nəfəsi artıq hiss olunur: Sentyabrda bizi nə gözləyir?backend

Payızın nəfəsi artıq hiss olunur: Sentyabrda bizi nə gözləyir?

Astronomik baxımdan payız fəsli hər il olduğu kimi təqvimə uyğun olaraq başlayır və onun başlanma tarixi dəyişmir. Lakin meteoroloji baxımdan havanın vaxtından əvvəl sərinləşməsi və payıza xas əlamətlərin erkən müşahidə olunması sinoptik proseslərdən asılı olaraq ildən-ilə dəyişə bilər.

Bu barədə hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

İqlimin “səssiz qatili”: Müharibə | KONKRET

Onun sözlərinə görə, sentyabrın ilk ongünlüyündə şimal-qərb küləklərinin üstünlük təşkil etməsi, havanın temperaturunun nəzərəçarpacaq dərəcədə enməsi və bəzi bölgələrdə leysan xarakterli yağışların qeydə alınması əhalidə payızın daha tez başladığı təəssüratı yaradır:

“Sentyabr ayından etibarən havanın orta gündəlik temperaturunun iqlim normasına yaxınlaşması, bəzi günlərdə isə normadan bir qədər aşağı düşməsi müşahidə oluna bilər. Xüsusilə gecə və səhər saatlarında havanın daha sərin keçməsi payızın gəlişini daha çox hiss etdirir”.

C.Hüseynov vurğulayıb ki, payız mövsümünə keçid dövründə atmosfer proseslərinin fəallaşması fonunda qısamüddətli leysan yağışları və şimşək çaxması ehtimalı artır. Ayrı-ayrı dağlıq rayonlarda isə intensiv yağışlar müşahidə oluna bilər.

Ekspertin sözlərinə görə, şimal və şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi, eləcə də nisbi rütubətin artması havada payız əlamətlərinin daha tez hiss olunmasına səbəb olan əsas amillərdəndir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*