Paytaxt sakininin “Topaz” kuponu zorla əlindən alındıbackend

Paytaxt sakininin “Topaz” kuponu zorla əlindən alındı

akıda soyğunçuluq hadisəsi baş verib.

 

KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*