Paytaxt sakinlərinə XƏBƏRDARLIQbackend

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

Bakıda koronavirusla mübarizə çərçivəsində dezinfeksiya tədbirləri gücləndirilir.

Bu barədə KONKRET.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*