Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi məlum oldubackend

Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi məlum oldu

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub.

KONKRET.az-ın məlumatına görə, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.

Ryabova sərbəst proqramda 118,15 xala, qısa proqramda isə 61,82 xala layiq görülüb.

Olimpiya çempionluğunu 255,95 xalla Rusiya Olimpiya Komitəsini (OKR) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub. Digər OKR təmsilçisi Kamilə Vəliyeva isə 224,09 xalla 4-cü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*