PENTAQON: Rusiya ordusu Putinin planından 2 həftə geri qalırbackend

PENTAQON: Rusiya ordusu Putinin planından 2 həftə geri qalır

“Rusiyanın Ukraynanın şərqinə və cənubuna hücumu Rusiya prezidenti Vladimir Putinin planlarına uyğun getmir. Putin qarşısına qoyduğu əsas məqsədlərindən heç birinə nail ola bilməyib və onun ordusu qrafikdən iki həftə geri qalıb”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinqdə bildirib.

O, qeyd edib ki, Putin qüvvələr toplamaqda və eyni zamanda itkilər verməkdə davam edir:

“Rusiya ordusunun hərbi imkanları tükənir. Mariupol hələ də tutulmayıb. “Azovstal”ın müqaviməti davam edir. Pentaqonun qiymətləndirməsinə görə, vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil. Biz Putinin hər hansı strateji hədəfinin nə qədər dəyişdiyini başa düşmürük. Bilmirik, o, sadəcə Donbasa nəzarət etmək və qələbəni elan etmək istəyir. Putinin planlarına tam inamımız yoxdur”, – deyə Pentaqon rəsmisi əlavə edib. lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*