Pentaqondan Rusiyaya KƏSKİN CAVAB: “Qara dənizdə əməliyyatları istədiyimiz kimi aparacağıq”backend

Pentaqondan Rusiyaya KƏSKİN CAVAB: “Qara dənizdə əməliyyatları istədiyimiz kimi aparacağıq”

Pentaqon Rusiya Federasiyasının Qara dənizdə ABŞ və NATO qruplarının yaradılması ilə bağlı bəyanatlarına cavab verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi “Qara dənizdə əməliyyatları istədiyimiz kimi aparacağıq” – deyə açıqlama yayıb.

Vaşinqtonda keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bunları deyib:

“Biz NATO müttəfiqləri ilə əməliyyatlar aparırıq və gördüyünüz kimi bunu birtərəfli qaydada edirik. Biz beynəlxalq hava və dəniz məkanında istədiyimiz kimi uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcəyik. İndi Qara dənizdə bir neçə ABŞ hərbi gəmisi var. Düşünürəm ki, bu çox mühümdür” – deyə Kirbi fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*