Pentaqondan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: Nə baş verir?backend

Pentaqondan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: Nə baş verir?

Birləşmiş Ştatlar NATO müttəfiqlərinin Ukraynanın ehtiyacları üçün ABŞ-dan silah alışını artırmasını gözləyir.

KONKRET.az xəbər verir ki, bunu oktyabrın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Bu, Donald Tramp administrasiyası dövründə başlanmış PURL təşəbbüsünə aiddir. Birləşmiş Ştatlar artıq Ukraynaya birbaşa silah vermir, onu tərəfdaş ölkələrə satır. Sonra isə onları Kiyevə ötürür. Bu alışlar Ukraynanın istəyinə uyğun olaraq həyata keçirilir.

Heqsetin sözlərinə görə, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya silah tədarükünün artırılması tezliklə sülhün əldə olunması üçün lazımdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*