“Bu, növbəti cəfəngiyyatdır”. Rusiya Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, erməni KİV-lərinin Rusiya Federasiyasının guya Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə daxil olmasına cəhd göstərməsi barədə dərcini cəfəngiyyat adlandırıb.
“Xeyr, bu, növbəti cəfəngiyatdır”, – Peskov deyib.
Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti etibarlı mənbəyə istinadən dünən Azərbaycanın Ermənistana qarşı tələblərini təqdim edib. Bu gün Paşinyanın ailəsinin saytında “Rusiya nə istəyir?” adlı ikinci hissə dərc edilib.
Bugünkü məqalədə belə yazılıb:
“Rusiya Federasiyasının hərəkətlərinin mənası belədir: Ermənistanın təhlükəsizliyinin zəifliyini göstərmək, beləliklə, sonuncu Rusiya-Belarus Birlik Dövlətinin bir hissəsi olmaq üçün ən qısa zamanda müraciət etsin”.
Xuraman Etibarlı,
KONKRET.az
